“Azəriqaz”ın əməkdaşları sahibkarın sayğacına əlavə pul yazdılar

Şəkidə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kiçik sahibkara xeyli miqdarda borc yazıblar.

AKTUAL TV -nin xəbərinə görə, birliyin əməkdaşları vətəndaş Məmmədov Mayis Səbuhi oğluna işlətdiyi kafedə əlavə sayğacda olmayan məbləğdə pul yazıblar.

Bu barədə araşdırma aparan kiçik sahibkar görüb ki, ona əlavə olaraq istifadə etmədiyi 319 manat 60 qəbik borc yazılıb.

O, bu borcun qanunsuz olduğunu, istifadə etmədiyini desə də, birliyin əməkdaşları buna məhəl qoymayıb.

Mayıs Məmmədov qeyri rəsmi olaraq apardığı danışıqlar nətəcə vermədiyini gördüyü üçün hüquqi müstəvidə bu məsələnin həll edilməsinə qərar verib.

O, sayğacına yazılmış əlavə pul vəsaitini faktlarla əsaslandıraraq Şəki Kommersiya Məhkəməsində iddia qaldıb.

Hakim Rüfət Məcidovun sədrliyi ilə baş tutan iclasda aparılan araşdırmalar zamanı məlum olub ki, həqiqətən “Azərqaz”ın əməkdaşları Mayıs Məmmədovun işlətdiyi kafenin sayğacına əlavə olaraq 319 manat 60 qəpik yazıblar.

Hakim bu faktın qanunsuz olması nəticəsinə gəlib. “Azərqaz” əməkdaşlarının yazdığı 319 manat 60 qəpik sayğacdan silinməsi qət edilib, həmçinin 30 manat dövlət rüsumu da “Azərqaz” İstehsalat Birliyindən tutulması barədə qərar qəbul edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]