AKTUAL TV xəbər verir ki, 18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirəcək.
Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına Paşinyan hökumətinin 5 milyon dollar ayırdığı xəbər verilir.
Yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyır. Yeni yol hərbi əhəmiyyətə də malik olacaq.