Xəstəxanalarda yer qalmayıb – TƏBİB

Əvvəl - yoluxanların ümumi sayı az olanda yüngül xəstələri xəstəxanalarda müalicə edirdik. Lakin xəstəxanalarda yer azlığı müşahidə olunduğu üçün yüngül xəstələrin müalicəsi evdə aparılır.

AKTUAL TV xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarət şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, TƏBİB yalnız tibb müəssisələrinə nəzarət edə bilər: “Biz yenə yalnız vətəndaşlara müraciət edə bilərik. İnsanı aldatmaq olar, amma virusu aldatmaq mümkün deyil. Hazırkı statistikamız da bunu göstərir. Qonşu ölkələrdə maskadan istifadə etməyənlərə hansı məbləğdə cərimələrin tətbiq olunduğunun şahidi oluruq. Qaydalar sərtləşdirildikcə vətəndaşlara təzyiq etmiş kimi oluruq. İnsanlar özü nəzarət etməlidir. Başqa ölkələrdə tətbiq olunan proseslərin bizim ölkəmizdə tətbiqi mümkündür”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]