AKTUAL TV-nin xəbərinə görə, məsələ ilə bağlı danışan Daxili İşər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyilənlərlə razılaşmayıb: “Bu, tamamilə sakinlərin öz istəklərilə təşkil olunmuş bir jest idi. Vətəndaşlara buna görə irad bildirə bilmərik, sadəcə təşəkkür edirik”.
Qonşuların Milli Konservatoriya tələbələri olmasına gəlincə, DİN rəsmisi bundan məlumatsız olduğunu deyib: “Mən o sakinləri tanımıram. Sizin kimi sadəcə videodan izləmişəm. Amma bunu iddia edənlər varsa da, demək istəyirəm ki, çətin günlərdə öz vəzifə borcunu layiqincə yerinə yetirən Azərbaycan polisinin hansısa ucuz şouya, hansısa mahnıya ehtiyacı yoxdur. Bu, sadəcə sakinlər tərəfindən edilmiş xoşməramlı bir jest idi. Uşaq-böyük, qadın-kişi hamısı eyvanda idi. Burada pis nəsə axtarmaq gərəksizdir”.