Böyük məmnuniyyətlə qeyd etmək olar ki, artıq Azərbaycan Silahlı Qüvəlləri Dünyanın ən güclü orduları içərisində yer alır. Onu da etiraf etmək lazımdır ki, Ölkə prezidentinin Müdafiə sisteminin güclənməsinə göstərdiyi böyük diqqət və Müdafiə Nazirliyində apardığı kadr dəyişikliyi əhəmiyyətli nəticələrini verməkdədi. Bütün ruhu ilə dövlətçiliyimizə və müstəqilliyimizə bağlı və sədaqətli olan Zakir Həsənovun Müdafiə Naziri təyin edilməsi ordumuzun güclənməsində və müasirləşməsində ciddi rol oynadı. Onun apardığı islahatlar, əsgər və zabitlərə böyük qayğı və diqqət, onların vətənpərvərlik ruhunda formalaşmasına xüsusi əhəmiyyətin verilməsi və ordumuzun ən müasir silahlarla təchiz edilməsi silahlı qüvvələrimizin üstün göstəriciləridi.
2016-cı ildə Lələtəpə uğrunda döyüşlərdə erməni işğalçılarına ağır zərbə endirən və erməniləri himayə edən qüvvələrə ciddi mesaj verən Aprel döyüşləri Milli Ordumuzun döyüş qabiliyyətinin ciddi göstəricilərindəndi. Eyni zamanda, Naxçıvanda Cünnüt istiqamətində də ordumuzun peşəkar əməliyyatı nəticəsində əldə etdiyi strateji yüksəkliklər işğalçılara qarşı gözlənilən hərbi əməliyyatlarda ordumuza böyük üstünlüklər verəcəkdir.
Müdafiə Naziri General polkovnik Zakir Həsənov başda olmaqla 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Milli Ordumuzun bütün əsgər və zabitlərini təbrik edir, onlara möhkəm can sağlığı arzulayıram.
İnanıram ki, qısa zaman kəsiyində Milli Ordumuz üç rəngli bayrağımızı işğal olunmuş torpaqlarımızda dalğalandıracaqdır.