Bunu AKTUAL TV-yə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov qeyd edib ki, maskadan, əlcəkdən istifadə edilməlidir: “Xüsusən qapalı yerlərdə mütləq maska taxılmalıdır. Cənab Prezident də Gəncə şəhərindəki çıxışı zamanı qeyd etdi ki, qapalı şəraitdə mütləq maska taxılmalıdır. Prezident maskadan istifadə edirsə, vətəndaşlar niyə etməsin? Qaydalara riayət hər birimizin borcudur, əks halda dövlətə zərbə vurmuş oluruq. Karantin rejimləri iqtisadiyyatı iflic duruma salıb… Maska taxmayanlarla bağlı cərimələrin miqdarının artırılması məsələsinə də baxıla bilər. Çünki hansısa şəxsin pulu varsa, az miqdarda olan cəriməni ödüyür, növbəti dəfə də qaydaları pozur. Ona görə də ölkənin bu təhlükədən tezliklə xilas edilməsi üçün qaydalara əməl etməliyik”.