Azərbaycanda ot bahalaşdı- VİDEO

Bölgələrdə otun qiymətində artım müşahidə olunur. Bir ot bağlaması 2-6 manat arasında təklif olunur. Təsərrüfat sahibləri bahalaşmanın davam edəcəyindən narahatdırlar. Ekspertlər isə bahalaşmaya bir sıra amillərin təsir etdiyini deyirlər.

AKTUAL TV -yə verilən məlumata görə, bölgələrdə otun qiyməti qalxıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ot bağlamasının 1 manata qədər bahalaşdığı bildirilir. Keyfiyyətindən asılı olaraq, qiymət 2-6 manat arasında dəyişir. Adi ot 2 manat – 2 manat 50 qəpiyə, ən ucuz başa gələn saman bağlaması isə 2 manata təklif olunur. Yoncanın bir bağlaması isə 6 manatdan baha başa gəlir. Sahədən topdansatış qiyməti isə bazara nisbətən ucuzdur.

Təsərrüfat sahibləri qiymətlərin baha olmasından narazıdır. Yağıntının az olması, eyni zamanda dəllalların mövcud vəziyyətdən sui-istifadə edib qiyməti artırması təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salıb.

Heyvanlara verilən yemlərin qiymətində isə dəyişiklik yoxdur. Buğda 46 qəpiyə, kəpək isə 6 manata satılır.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli ot bağlamalarının bahalaşmasını bir neçə səbəblə izah edib.

Təsərrüfat sahibləri bahalaşmanın davam etməsindən narahatdırlar. Çünki bu bahalaşma son nəticədə ətin qiymətinə də təsir edə bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]