Ermənistanda koronavirus uşaqlar arasında da yayılır

Ermənistanın “Mari İzmirlyan” uşaq evində 9 uşaq və 6 dayə koronavirusa yoluxublar.

AKTUAL TV xəbər verir ki, bu barədə “NEWS-am”a Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat katibi Sona Martirosyan bildirib.

“64 nəfər testdən keçirilib, onlardan 15-nin cavabları müsbət olub. Söhbət 9 uşaq və 6 dayədən gedir”, – deyə o bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, onların səhhəti normaldır. “Uşaqlar uşaq evində, dayələr öz evlərində müalicə olunurlar”, – Martirosyan əlavə edib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti ölkədə koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirmək niyyətindədir. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir.

Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə üçün martın 16-dan iyulun 13-ə qədər fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə təhlükəli virusa 23,2 min yoluxma aşkarlanıb, 12,4 min pasiyent sağalıb, 410 nəfər ölüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]