Mübariz Mənsimov “Mənə pis təsir edən odur ki,…” -VİDEO

İstanbulun “Silivri” həbsxanasında əsassız ittihamlarla saxlanılan “Palmali” şirkətinin prezidenti, xeyriyyəçi Mübariz Mənsimov vəkilləri vasitəsilə rəsmi facebook səhifəsində yeni bir müraciə yayıb. Müraciətdə deyilir:

AKTUAL TV xəbər verir ki, Mənsimov paylaşımda bunları yazıb:

“Dəyərli Türk və Azərbaycanlı qardaşlarım!

Artıq 103 gündən çoxdur ki, zindandayam. Mənə qarşı böyük ədalətsizlik edilir. Mənə çox ağır təsir edən odur ki, mənimlə ədavət aparan beş keçmiş əməkdaşımın yalançı şahidliyi ilə həbsxanada saxlanmaqdayam. Sizdən soruşmaq istəyirəm, bu qədər asandır iftiralarla insanı zindana atmaq?

Elə bir alçaq şəkildə təşkil olunublar ki, mənimlə ədavət aparan həmin o beş nəfərin yalanşı şahid ifadələri aylarla ictimaiyyəti çaşdırmaqda davam edir. Mən Türkiyə Cümhuriyyətinə millətimizin iradəsi ilə seçilmiş Prezidentimizə və onun partiyasına xəyanət etməmişəm. Şübhəsiz ki, vətənimə xəyanət edəcək heç bir işə əl atmadım. Bu vəziyyət məni həddindən çox narahat edir. Mənə pis təsir edən həm də odur ki, mən beş xainlə eyni şirkətdə çalışdım, onlarla eyni çörəyi bölüşdüm, və təsəvvür edə bilmirəm, bunlar heç vicdan əzabı çəkmirlər, bunların heç Allah qorxusu yoxdur?

Sentyabr ayında işimə baxacaq vicdanlı, qərəzsiz Türk hakimlərinə etibarım sonsuzdur… və əminəm ki, günahsız olduğum ortaya çıxacaq.” Mübariz Mənsimov daha bir məsələdən təəssüfləndiyini də bildirib: “Qardaşlar, məni narahat edən başqa bir məsələ odur ki, məni sevib, sayıb, tərifləyənlər haradadır? Niyə səsinizi dünyaya çatdırmırsınız?

Hər iki Prezidentimizə vəziyyətim haqqında məktub yazdım. Lakin bunların heç birindən cavab almadım. Bu çətin dövrdə məni tək qoymayan şirkət rəhbərliyinə, işçilərimə və vəkillərimə təşəkkürümü bildirirəm. Məni dəstəkləyən əziz qardaşlarım, mənə edilən haqsızlıq qarşısında susmamaq hüququmu müdafiə etməyinizi xahiş edirəm” – deyə Mübariz Mənsimov bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]