BNA-dan AKTUAL TV -yə verilən məlumata görə, məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılması və vahid taksi sürücü məlumat bazasını yaratmaqla taksi fəaliyyətində dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının aradan qaldırılmasıdır.
Vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına, taksi fəaliyyətinin iqtisadi səmərəliliyinin düzgün müəyyən edilməsinə və bu sahənin inkişafına investisiya qoyuluşlarının artırılmasına imkan verəcək. Eyni zamanda, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması ölkəmizdə onlayn xidmətlərin artırılması proseslərinə dəstək olacaq.
Onlayn müraciət forması Alo141-az saytında yerləşdirilib: https://fr.alo141.az/login. Fərqlənmə nişanını almaq istəyən şəxslər müvafiq olaraq qeydiyyatdan keçərək müracitələrini tamamlaya bilərlər. Həmçinin, onlayn müraciət üzrə videotəlimat da hazırlanaraq sayta yerləşdirilib.