İqbal Məmmədov karantin qaydalarını pozdu – Maskanı çənəsinə taxdı

Koronavirus pandemiyasının Azərbaycanda da yayılması səbəbindən ölkədə xüsusi rejimli karantin vəziyyəti elan olunub.

AKTUAL TV xəbər verir ki, xüsusi rejimli karantin vəziyyətində bir sıra qaydalar tətbiq olunub ki, bu qaydalardan biri də insanların ictimai yerlərdə, görüşlərdə ara məsafəsinin qorunması, tibbi maskalardan istifadə olunmasıdır.

78 saylı Lerik Seçki Dairəsindən deputat seçilmiş İqbal Məmmədov görüşlərinin birində tibbi maskadan düzgün istifadə etməyib və ara məsafəsinin gözlənilməsinə riayət etməyib. Eyni zamanda, onunla görüşən şəxslərin əksəriyyəti belə tibbi maskadan istifadə etməyib.

Qeyd edək ki, İqbal Məmmədov “Relax” İstirahət Mərkəzində vergi əməkdaşlarının döyülməsi ilə bir müddət əvvəl də gündəmə gəlmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]