Mehman Hüseynov Etibar Əliyevə cavab verdi: “Mənim hesabıma deputat təyin olunub”

“Səs oğrusu” adını qazanmış şəxsin adı Etibar Əliyevdir. Bu adam mənim hesabıma deputat təyin olunub və indi də mənim hesabıma evinə çörək aparır. Çörəyim, haqqım onun burnundan gələcək.

AKTUAL TV -nin xəbərinə görə, bunu bloqer Mehman Hüseynov deputat Etibar Əliyevin onun haqqında yazdığı statusa münasibət bildirərkən deyib.

“Mənim haqqımı yeyənin, xalqın səsini oğurlayıb saxtalaşdıranı, dostlarını, əqidəsini, şərəfini ləyaqətini bir mandata satanı mən heç vaxt bağışlaya bilmərəm. Elə bir adamam ki, heç bir məmurun, deputatın arxasıyca danışmıram. Sözüm varsa, qorxmadan üzünə deyirəm, mənə maraqlı deyil onun vəzifəsi. Alçaqdırsa, harda tutsam üzünə deyirəm. Saxta deputat Etibar Əliyevi də tutmuşdum, üz-üzə gəlmişdik, indi dediklərimin hamısını üzünə demişəm! Saxtakar məndən qaçır, suallarıma cavab verə bilmir. Belə “qəhramanları” xalq tanımalıdır. İndi xəbər çatıb ki, mənim haqımda nəsə yenə “quş”layıb. Oxudum və güldüm. İndiki durumumda mənim əhvalım yaxşı olmalıdır və güclü olmalıyam. Etibar Əliyev kimi məmurlar mənə daha da çox güc verirlər. Bu o deməkdir ki, Mehman sən mütləq sağalıb ayağa qalxmallsan. İnşallah bu mərhələni də keçəcəm” – M.Hüseynov qeyd edib.

Qeyd: Etibar Əliyev ötən gün Mehman Hüseynov haqqında mövqe sərgiləyib. O yazıdığı statusunda qeyd edib: “Bir şərəfsiz qardaşının xərçəng xəstəliyindən müalicəsi üçün xalqımıza müraciət edib, dəstək diləndi. Səhv etmirəmsə ona 140.000 manat pul yığıldı. Pul yığımı başa çatandan sonra onun şərəfsiz qardaşı çox yox, 2 gün sonra müalicəsini “başa çatdırdı” və dovşan libası geyinib özünü dovşan xalqın nümayəndəsi adlandırdı. Xərçəngdən cəmi 2 günə “müalicə olunan” şərəfsizin dediyindən belə çıxdı ki, onun hərəkətindən hətta İsveçrə həkimləri də şoka düşübmüş. Tez sağalıb dovşan paltarı geyinməsindən və ona dəstək duran xalqını təhqir etməsindən. Bu, erməni xislətidir. Şərəfsizlər hələ indiyə qədər məskunlaşdıqları ölkədə ermənilər haqqında ağızlarından bir söz belə çıxarmayıblar”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]