“Necə olur ki, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur? – İqtisadçı

“Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC adlı bir qurum var. Bulvarda tualetlərdən tutmuş kafe-restoranlara qədər hər bir obyektə nəzarət edirlər. Adi dondurma satandan tutmuş, əlində şar satanlara qədər hamıdan xərac alırlar. Məlum olur ki, bu təşkilatın büdcəyə 160 min manat vergi borcu var - yəni, arxaları o qədər möhkəmdir ki, vergi ödəmirlər - az qala havadan da pul qazanan MMC-nin vergi borcu olmamalıdır”.

AKTUAL TV -nin xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, dövlət institutları məhz belə ikili standartlara görə gözdən düşür: “Məsələn, məni 2016-da həbs edərkən maddələrdən biri vergi borcu məsələsi idi – halbuki, mənim Vergilər Nazirliyindən rəsmi məktubum var idi ki, heç bir borcum yoxdur. Sonra bağlı VÖEN-ə 2072 manat borc yazdılar, bir daha – 2015-dən bağlı olan VÖEN-ə borc yazdılar, daha ötəsi, 2019-da bir neçə günlük ölkədən çıxışıma qadağa qoydular. Məhkəməni Apellyasiya mərhələsində uddum, qadağanı ləğv etdilər, amma hələ də borcu silmirlər.

Yaxşı, necə olur ki, vətəndaşın 5-10 manat vergi borcu olan kimi boğazına çökürlər, amma kimlərinsə kölgəsində gəzən, hər gün minlərlə manat havayı pul qazanan, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur, heç kim də onlara heç nə demir?! Ədalət olmayan yerdə inamsızlıq olur, məhz ədalətsizlik insanın dövlətin aldığı qərarlara imansızlıq yaradır – nəticədə virusla mübarizə də effekt vermir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]