AKTUAL TV -nin xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.
N.Cəfərli qeyd edib ki, dövlət institutları məhz belə ikili standartlara görə gözdən düşür: “Məsələn, məni 2016-da həbs edərkən maddələrdən biri vergi borcu məsələsi idi – halbuki, mənim Vergilər Nazirliyindən rəsmi məktubum var idi ki, heç bir borcum yoxdur. Sonra bağlı VÖEN-ə 2072 manat borc yazdılar, bir daha – 2015-dən bağlı olan VÖEN-ə borc yazdılar, daha ötəsi, 2019-da bir neçə günlük ölkədən çıxışıma qadağa qoydular. Məhkəməni Apellyasiya mərhələsində uddum, qadağanı ləğv etdilər, amma hələ də borcu silmirlər.
Yaxşı, necə olur ki, vətəndaşın 5-10 manat vergi borcu olan kimi boğazına çökürlər, amma kimlərinsə kölgəsində gəzən, hər gün minlərlə manat havayı pul qazanan, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur, heç kim də onlara heç nə demir?! Ədalət olmayan yerdə inamsızlıq olur, məhz ədalətsizlik insanın dövlətin aldığı qərarlara imansızlıq yaradır – nəticədə virusla mübarizə də effekt vermir”.