Virusa yoluxan şəxslərin yerləşdiriləcəyi xəstəxananın kanalizasiyası Kür çayına axıdılır? – ŞOK

“Ölkə üzrə iyirmi üç müxtəlif tutumlu xəstəxana COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsi üçün bağlanıb. Bu sırada Zərdab şəhər xəstəxanasının adı ən son çəkilənlərdəndir. Bildiyim qədəri ilə xəstəxana xəstə qəbuluna hazır vəziyyətdə saxlanılıb. Cənablar, bu işin yetkililəri, bilin və agah olun Zərdabın kanalizasiya sistemi yoxdur”.

AKTUAL TV -nin xəbərinə görə, bunu jurnalist Jalə Mütəllimova deyib.

J.Mütəllimova bildirib ki, yoluxmuş xəstələrin köçürülməsini nəzərdə tutulan Zərdab şəhər xəstəxanasının kanalizasiyası, Zərdabı Gəlmə kəndindən ayıran Qarasu çayına tökülür: “Bu çay “Kür”ün xırda qoludur. Və elə Zərdabda “Kür”ə birləşir. Yəni xəstəxanada müalicə olunacaq xəsətələrin kanalizasiyası “Kür”ə axıdılacaq. Etməyin, a kişi, yazıqdır bu millət. İnfeksion xəstələrin müalicəsi ilə məşğul olacaq xəstəxananın kanalizasiyasının axacaq o sudan milyonlarla adam içməli su kimi istifadə eləyir axı…”

Məsələyə rəsmi qurumlar münasibət bildirməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]