“Bu su içməyə yararlı deyil” – “Azərsu” RƏSMİSİ

"Artıq bu faktdır ki, Neftçala rayon ərazisində Xəzərin suyu Kürün suyuna qarışıb. Kür çayının suyu həmin hissədə içməyə yararlı deyil".

AKTUAL TV xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Real İntervyu”da qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, bina evlərində də çətinliklər yaranıb və bu, qurum tərəfindən nəzərə alınıb:

“Ona görə biz məcburuq ki, 40-45 km məsafədən, Salyan rayonu ərazisindən maşınlarla su daşıyaq. 3 qəsəbə və 6 kəndin içməli su təlabatını su maşınları ilə ödəyirik. Bina evlərində çətinliklər yaranıb və bunu da nəzərə almışıq. Suyun qismən təmizlənib verilməsini təmin etmişik. Amma insanların diqqətinə çatdırmışıq ki, bu su içməyə yararlı deyil. Bu su ancaq məişət, təsərrüfat işlərinə yarayır. İçmək üçün bizim ora maşınlarla daşıdığımız sudan istifadə edə bilərlər.

Suyun azalmasına görə Sabirabad və Saatlı rayonlarında hardasa 13 kəndə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Gözləyirik ki, həmin kanallara suyun verilişi bərpa olunsun. Biz də insanlara suyu təmizləyib verək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]