Deputatlar tətilə çıxırlar, onlara 2 aylıq vəzifə maaşları məbləğində müavinət ödəniləcək

Azərbaycan Milli Məclisinin (MM) deputatları tətilə çıxırlar.

AKTUAL TV -nin xəbərinə görə, onlar rəsmi olaraq iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

Qanunvericiliyə əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün 2 aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. İyun ayında parlamentin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın bu gün – iyunun 30-da yekunlaşacağı gözlənilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]