Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən videokonfrans formatında görüşlə bağlı bəyanat yayıb.

AKTUAL TV -nin xəbərinə görə, bu barədə ATƏT-in saytında məlumat verilib.

Bildirilib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şoffer – ABŞ) 29-30 iyun tarixlərində bölgədəki ictimai səhiyyə vəziyyətini, Dağlıq Qarabağ münaqişəsindəki mövcud dinamikanı və sülh prosesindəki növbəti addımları müzakirə etmək üçün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyala videokonfrans vasitəsilə ayrı-ayrılıqda və birgə şəkildə bir araya gəliblər. 

Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]