Uçuşlarla bağlı RƏSMİ AÇIQLAMA

“Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər”.

AKTUAL TV -nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, digər ölkələrdə yoluxmanın qarşısının alınması üçün qaydalar var: “Ölkələrin qarşılıqlı razılığı olduğu təqdirdə belə addımlar atıla bilər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, yay dövründə tələbələr tərəfindən müraciətlər daxil olur: “İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]