“Azərbaycan-İsrail dövlətlərarası münasibətlərin hazırki mərhələsi” adlı konfrans keçirildi

Bu gün Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Anatoli Rafailov, qrup üzvləri deputat Asim Mollazade, Ramin Mammadov, Şahin Seyidzadə, İsrail parlementinin üzvləri Evgeny Sova, Andrey Kozhinov, İsrailin keçmiş müdafiə naziri Dr. Efrayim Sneh, "Holon Texnologiya İnstitutu"nun Prezidenti prof. Eduard Yakubov və xanım Tony Levynin iştirakı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, "İsraildəki Azərbaycan Evi" nin icraçı direktoru Arye Gutun moderatorluğu ilə "Qlobal pandemiya dövründə Azərbaycan-İsrail dövlətlərarası münasibətlərin hazırki mərhələsi" adlı onlayn konfrans keçirilib.

AKTUAL TV -nin xəbərinə görə, konfransda Azərbaycan və İsrail dövlətləri arasında təhsil sahəsində sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin İnkişaf naminə beynəlxalq əməkdaşlıq agentliyinin (MAŞAV) ölkəmizdə fəaliyyətinin genişləndirilməsi, Texnologiya və innovasiya, sahibkarlıq, biznes inkubatorlar sahəsində hər iki dövlət arasında qarşılıqlı əməkdaşlıq, Artıq ölkəmizdə ortaya çıxan içməli və suvarma suları ilə bağlı olan problemlərlə bağlı innovativ həllər istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]