İqbal Məmmədovun 200 minlik lüks avtomobili

Milli Məclisin deputatı, "Relax" İstirahət və Turizm Mərkəzinin sahibi İqbal Məmmədovun bahalı avtomobilinin görüntüləri ortaya çıxıb.

AKTUAL TV demokrat.az istinadən xəbər verir ki, bununla bağlı Lerik sakinləri məlumat veriblər.

Sakinlər bildirib ki, İqbal Məmmədov Lerikin deputatı olsa da, ancaq üzünü görmək mümkün olmur.

Sakinlərin sözlərinə görə, İqbal Məmmədov Lerikdəki istirahət mərkəzinə gəlib-gedərkən “10-AA-715” dövlət nömrə nişanlı lüks avtomobilindən istifadə edir.

Sakinlər deyir ki, son model “Mercedes-Benz S-Class” markalı həmin avtomobilin bazar qiyməti 150-200 min dollar təşkil edir.

Qeyd edək ki, 78 saylı Lerik seçki dairəsindən deputat olan İqbal Məmmədov ötən ilin avqust ayında Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə gündəmə gəlmişdi. Həmin vaxtı İqbal Məmmədovun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları vergi əməkdaşlarına qarşı zort tətbiq etmişdilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]