Vilayət Eyvazov olimpiya mükafatçısına vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

AKTUAL TV -nin xəbərinə görə, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin olimpiadasının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.

Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]