Dərman satışları ilə bağlı VACİB AÇIQLAMA

Dərmanların satışına davamlı olaraq monitorinq nəzarəti keçirilir.

AKTUAL TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, insanların evdə özünü müalicəsi tövsiyə olunmur: “Bu, xəstələrdə ağırlaşma halları yaradır və həkimlərimizin işini daha da çətinləşdirir”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, virusa qarşı bəzi dərman preparatların adlarının çəkilməsi ilə vətəndaşların bu dərmanları kütləvi şəkildə alması müşahidə olundu: “Bəzi dərmanlar var ki, vətəndaşlar onları həkim resepti ilə alıb, qəbul edə bilər. Lakin bir sıra dərmanları xəstəxana şəraitində istifadə edildikdə belə riskli ola bilir. Hazırda xəstəxanalarımızda kifayət qədər dərman ehtiyatı mövcuddur və gətirilməsi davam edir”.

O bildirib ki, evdə müalicədə istifadə olunan dərmanlar xəstələrə veriləcək: “Hökümət tərəfindən təklif və tələblər müəyyən olunub və bu istiamətdə işlər aparılacaq. Hazırda heç bir dərman qıtlığı yoxdur”.

TƏBİB sədrinin sözlərinə görə, müalicə prosesində yeni tibb müəssisəsi qoşulduqca müəyyən problemlər yaranır: “Xəstəxanalardakı problemlər aradan qaldırılır və monitorinqlə aparılır. Heç bir xəstənin süni tənəffüs aparatına qoşulmasında gecikmə müşahidə oluna bilməz. Proseslər gecikir, gecikmiş hallarda xəstələr boğulma ilə xəstəxanaya daxil olur. Bu halda xəstəni süni tənəffüs aparatına qoşmadıqda, o öz həyatını itirəcəkdir. Vətəndaşlar bu məsələyə həssas yanaşmalıdırlar”.

Şahmar Mövsümov qeyd edib ki, sosial şəbəkələrdə yayılan iradlar araşdırılır və hər biri qeyd olunaraq həll ediləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]