İnsanlara qanını içirdən “Hz.Süleymanın qızı” PEYDA OLUB

Türkiyədə Eskişehirdə bir fermada psixoloji rahatsızlıqdan əziyyət çəkən insanları müalicə etmək bəhanəsiylə onların pulunu mənimsəyən qadın peyda olub.

AKTUAL TV  xəbər verir ki, 50 yaşlı Sibel.G özünü “Hz.Süleymanın qızı” adlanıraraq onlarla çarəsiz insandan 13 milyon lirə əldə edib.

Məlumata görə o, insanları aldadan zaman belə deyib:

“Mən Hz.Süleyamanın qızıyam. Dünyanın axtardığı qan məndədi. Qanım şəfalıdır. İçən sağlamlığına qovuşar”.

Zərərçəkənlər bildiriblər ki, Sibel onlara öz qanı içirdib. Bu azmış kimi yanına sağalmaq üçün gələn hər kəsdən əlavə olaraq qurban pulu alıb.

Məlum olub ki, 50 yaşlı qadın, əldə etdiyi pullarla estetik əməliyyat etdirib.

Jandara qüvvələrinin keçirdiyi əməliyyatla saxlanılan saxta peyğəmbər qızı məhkəmədə günahlarını etiraf etməyib. Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]