AKTUAL TV xəbər verir ki, ağır qəza rayonun Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.
Belə ki, “UAZ” markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən şəxslərdən biri – 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi imiş.
Həmçinin T. Əliyev öz ixtisası üzrə test vəsaitinin də müəllifi olub.