“Metronun və avtobusların fəaliyyətinin dayandırılması qərarı düzgündür”

“Metropolitenin fəaliyyətinin tam, ictimai nəqliyyatın isə qismən (həftəsonu) dayandırılması qərarı düzgündür. Hər ikisi yoluxma üçün münbit şərait yaradırdı. Təəssüf ki, bu addımın atılması 2 ay gecikdirildi. Şənbə-bazar günləri iş yerlərinin fəaliyyətinin məhdudlaşdırılması hesabına ictimai nəqliyata tələbatı azaltmaq olar”.

AKTUAL TV –nin xəbərinə görə, bunu iqtisadçı Samir Əliyev deyib.

“İndi qalır əsas gücü iri supermarketlərə yönəltmək. Bu ticarət obyektlərinə maskasız girişin qadağan olunmasına tam nail olunsa yoluxma sayı əhəmiyyətli dərəcədə azalar. Ancaq insanların yenidən evlərə təhkim edilməsi düzgün qərar olmadı. İnsanlara sərbəst hərəkət imkanının yaradıması vacibdir. Bir də açıq hava maska taxılmasına məcbur edilməsi yolverilməzdir” – S.Əliyev qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]