AKTUAL TV -nin məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, əsas məsələ insanların avtomobillə hara getməsidir: “Supermarketlər və digər yerlərdə, yəni son məntəqələrdə yoxlamalar təşkil olunacaq. Sabahdan etibarən xüsusi patrul xidmətləri 5 nəfərdən artıq toplaşmanın qarşısının alınması üçün fəaliyyətə başlayacaq. Eyni zamanda seçim üsulu ilə avtomobillər dayandırılaraq, onlarda icazə olub-olmaması yoxlanacaq”.