AKTUAL TV xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib:
“Bu qərarın aradan qaldırılması insanların məsuliyyətindən asılı olacaq. Vətəndaşlar özünü evdə təcrid edəndə hipodinamiya olacaqlarsa, bunun çarəsinə gərək hər kəs bir şəkildə baxsın. Ev şəraitində idman hərəkətləri edilsin.
Xəstəliyi lokallaşdırmasaq, küçəyə çıxma qadağalarıyla bunun öhdəsindən gəlməsək, karantin rejimini tamamilə aradan qaldırsa, lokal olmuş infeksiyanı digər bölgələrə də yaya bilərik. Bu da bizə problemlər yaradar. Hər birimizin üzərinə məsuliyyət düşür ki, qaydalara əməl edək. Nə qədər erkən normal həyata qayıtsaq, bu, immun sistemimizin fəaliyyətinə və digər məsələlərə də müsbət təsir göstərəcək”.