70-ə yaxın abituryentin təhsil haqqını bu dövlət ÖDƏYƏCƏK

“Azərbaycan ərazisində yaşayan və bu il Gürcüstanda abituryent olan soydaşlarmızın təhsil haqqı Gürcüstan dövləti tərəfindən maliyyələşdiriləcək”.

AKTUAL TV xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi öz bəyənatında qeyd edib.

Məlumata əsasən, bu il Gürcüstanın ali məktəblərinə imtahan üçün qeydiyyatdan keçən, lakin sərhədlər bağlı olduğuna görə, imtahanlara gələ bilməyən Azərbaycanda yaşayan 70-ə yaxın abituryentin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Qeyd edək ki, xarici ölkə vətəndaşı olan şəxslərin qanunvericiliyə əsasən ali təhsil məktəblərinə qəbul olması üçün imtahandan keçməsinə ehtiyac yoxdur, lakin təhsil haqqı ödənişli olur.

Bu il qrant əldə etmək üçün könüllü olaraq imtahandan keçmək istəyənlər isə, sərhədlərin bağlı olma səbəbinə görə, imtahanlara qatıla bilmədikləri üçün, Azərbaycanda yaşayan 70-ə yaxın abituryentin təhsil haqqını Gürcüstan hökuməti qarşılayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]