DTX-nin XİN-də keçirdiyi əməliyyatla bağlı AÇIQLAMA

Dövlət Təhlükəsizlik Xidməti Xarici işlər Nazirliyində istintaq-əməliyyat tədbirləri həyata keçirib. Bununla bağlı DTX xəbər yayıb.

 Quruma daxil olan məlumata əsasən, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib. Cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verilib. Bundan başqa qurumdan bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məsələyə münasibət bildirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AKTUAL TV -yə söyləyib ki, bu qurumda ciddi araşdırmaya ehtiyac var:

“Nazirlikdə belə bir halın yaşanması biabırçılıqdır. Başqa söz tapmaq olmur. Yəqin ki, iş iki istiqamətdə gedəcək. Birincisi, iqtisadi-maliyyə tərəfidir. Əgər pulun xərclənməsində yeyinti olubsa, bu hal aşkarlanacaq. İkinci məsələ isə iş icrası ilə əlaqədardır. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətini dövlət başçısı müəyyən edir. Amma tapşırıqların icrası nazirliyə həvalə edilir. Qanun pozuntusu olubsa, səlahiyyətli şəxslər müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]