İcazəsi olan sürücülər bu halda cərimələnəcək – DİQQƏT

Sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir.

AKTUAL TV -nin xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu həm hüquqi şəxsə, həm də şəxsi taksilərə aiddir: “Birincisi, istənilən taksinin fərqlənmə nişanı olmalıdır, bu vacibdir. Həmçinin həmin taksi sürücüsü və nəqliyyat vasitəsi barədə məlumatlar portala daxil edilməlidir. Yalnız bu prosesdən sonra həmin taksi fəaliyyət göstərə bilər”.

K.Əliyev bildirib ki, fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələr olmalıdır: “Bəzi sürücülər yalnız iki qarşı oturacağın arasına sellofan çəkmələ işlərini bitmiş hesab edir. Amma bu belə olmamalıdır. Sürücü ilə sərnişinlər arasında tam şəffaf arakəsmələr olmalıdır. Əsas məsələ isə, taksidə sürücü və sərnişinlər qoruyucu maskalardan mütləq istifadə etməlidirlər. Əgər hər hansısa taksidə sürücü və sərnişində maska olmasa, həmin şəxs məsuliyyətə cəlb ediləcək. Sürücü və sərnişinin hərəkət etməyə icazəsi olsa da, maskasızdırsa, o cərimələnəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]