AKTUAL TV xəbər verir ki, Lerik şəhərinin mərkəzi küçə və meydanlarını, avtovağzal, mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektlərini və ictimai nəqliyyat vasitələrini əhatə edən reyd zamanı əhali ilə söhbətlərdə Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməli, gigiyenik vasitələrdən, o cümlədən tibbi spirt, maska və əlcəkdən mütəmadi istifadə etməli, insanlarla təmas məsafəsini gözləməlidirlər.
Reyd zamanı 65-ə yaxın ictimai-iaşə, bank, yanacaqdoldurma məntəqəsi və ticarət obyektlərində yoxlamalar aparılıb. Xüsusi karantin rejiminin tələblərinə riayət etməyən bir neçə obyekt sahibinə xəbərdarlıq edilib, tibbi əlcək və maskalardan istifadə etməyən, mövcud qaydaları pozanlara qarşı isə inzibati qaydada cərimələr tətbiq olunub.