Xaçmazda toyda bəy və digər şəxslər cərimələndi

Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək isyəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AKTUAL TV -yə verilən məlumata görə, iyul ayının 5-də Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) və Yalama Polis Bölməsinə (PB) rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasimin keçirliməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanlıraq polis bölməsinə gətiriliblər.

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejiminin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]