AKTUAL TV -nin xəbərinə görə, bunu jurnalist Vüsal Məmmədov deyib.
V.Məmmədov bildirib ki, başqa yol yoxdur: “Ortada məhkəmə hökmü varsa, o hökm ancaq apellyasiya yolu ilə dəyişdirilə bilər. Feysbuk həştəqi ilə, aclıq etməklə kiminsə barəsindəki hökm ləğv edilə bilməz. Bunu əlbəttə, hamı dərk edir. Amma deyəsən, çoxları Tofiq Yaqublunun sağlamlığında və azadlığında yox, məhz ölümündə maraqlıdırlar. Çünki onda Azərbaycan hakimiyyətini ittiham etmək üçün dəhşətli əsas tapılacaq: “Müxalifətçi zindanda aclıqdan həlak oldu”. Ona “dəstək” verənlər “Atamı öldürdüm ki, qəbrinə and içim” prinsipilə hərəkət edirlər. Belə olmaz. Çəkinmək, susmaq lazım deyil. Cəmiyyətdə nüfuzu olan, olmayan hər kəs mənasız aclığı dayandırıb, mübarizəsini apellyasiya məhkəməsində davam etdirmək üçün Tofiq Yaqubluya müraciət etməlidir. İndiki vəziyyətdə hakimiyyətin edə biləcəyi heç nə yoxdur. Tofiq Yaqublunu azad erməyin bir mexanizmi olmalıdır. Bu mexanizm olmadıqca, bütün tələblər dövləti şantaj cəhdi kimi çıxır. Həmin mexanizm isə Apellyasiya məhkəməsidir. Taktikanı dərhal dəyişmək lazımdır”.