Karantin rejimi ilə bağlı Operativ Qərargaha ÇAĞIRIŞ

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Vətəndaşlardan karantin rejiminin yenidən tətbiqi və iş yerlərinin qapanması narahatlığı ilə bağlı saysız-hesabsız müraciətlər alıram. Nə etsinlər, evlərinə bir tikə çörək aparırlar, karantin müddətində isə sağ qalmaq üçün mübarizə aparırlar. Belə çıxır ki, “tısbağanı ya öldür, ya da arxası üstə çevir” nə fərqi var ki. Bir də polislə vətəndaşları üz-üzə qoymayın.
Mən Operativ qərargahı, TƏBİB-i karantin tətbiqindən imtina etməyə dəvət edirəm. Yenə qapanma olsa, sosial vəziyyət indikindən də ikiqat ağır olacaq, sosial narazılıq isə daha da artacaq. Vətəndaşların qarşısına çıxıb cavab verəcəksiniz? Televizor ekranlarında yox, yerlərdə vətəndaşlarla birbaşa təmasda cavab verə biləcəksiniz?
Qərarlarınızı televizor ekranlarında yox, camaatın sıx toplaşdığı, etiraz etdiyi yerlərdə birbaşa ünsiyyətə girərək verin və “ləzzət”ini də görün. Mən və onlarla digər deputatlar, xeyli vəzifəli şəxslər və xeyli digər məmurlar bunu edir və taleyinə yazılan ağır ittiham və gözyaşı dolu şikayətləri dinləyir və psixologiyası da pozulur. Bu gün hər kəsin – həm vəzifə daşıyanlaırn, həm də camaatın psixoloqa, psixoterapevtin müalicəsinə ehtiyacı yaranıb. Psixoloqa da, psoxiterapevtə də müraciət etməyə qorxursan ki, deyəcəklər dəli olub. Bizim mentalımız budur.
Demək ki, karantini tətbiq etməmək, xəstələrin müalicəsini düzgün təşkil etmək lazımdır.
Birincisi, xəstəxanalara ən ağır xəstələr yerləşdirilsin. Digərlərinin müalicəsi isə yaşadığı yerdə aparılsın. Ən vacib olan və axsayan məsələ zamanında testin götürülməsi və cavabın təmin edilməsidir. Bu sahədə ciddi işlərə, mobilliyə, çevikliyə ehtiyac var.
Ərazilər üzrə mobil qruplar yaradılsın və xəstələrə lazım olan bütün pulsuz dərmanlar çatıdırlsın. Bildiyimə görə də dərmanlar pulsuz verilməlidir. Yoxsa xəstə özü yaxud da qohumları bütün ölkə boyu dərman axtarışına çıxır, pulu olmayanlar da bir neçə ilə qaytara bilməyəcəyi borca düşür.
Xəstələrin müalicəsi üçün bütün vacib mərhələlər televiziya ekranlarında reklam formasında əhaliyə izah edilsin, dərmanların adı göstərilsin və atılma qaydalaır izah edilsin. Qoy insanlar özləri də müalicə ilə məşğul olsunlar. Vətəndaş niyə gözləsin ki, ona dərmanı həkim yazsın? Məgər, istisnalar olmaqla mülaicə hər kəs üçün eyni deyil?
Sadəcə, 14 və 21 günlük pulsuz dərmanları paket şəklində xəstələrə çatdıqmaq lazımdır. Belə olarsa, ajiotaj da olmaz.
Xəsətlərin sayı bilirsiniz harada artır? Marşrut avtobuslarında üst-üstə gedən sərnişinlər vasitəsilə. Çoxu nəfəs ala bilmir, ürəyi darıxır və maskasını çıxarır. Bu zülmü insanlara verməyin, Vallah yazıqdırlar.
Karantin rejimi olacaqsa, qətiyyətlə etirazımı bildirirəm. Verəcəksinizsə, xalqın içinə çıxıb orada verin, bahalı kostyum geyinib, brend qalsuk taxıb bəzəkli-düzəkli televizor ekranlarında yox.

Razi Nurullayev


Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]