Mübariz Mənsimovun Sahil İmanov adında media danışmanı yoxdur, olmayıb da – VİDEO

"Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Guliyeva məşhur müğənni Xatirə İslamın bu gün sosial mediada yayılan videosu ilə bağlı açıqlama yaydı.

AKTUAL TV  xəbər verir ki, açıqlamada deyilir:

“Bu gün sosial mediada ifaçı Xatirə İslamın videosu yayınlanıb. Bu videoda ifaçi, özünü Mübariz Mənsimovun danışmanı olaraq təqdim edən Sahil İmanov adlı şəxsi dələduzluqda ittiham edib. Xatirə İslam bildirib ki, Sahil İmanov adlı şəxs Mübariz Mənsimovun adından və nüfuzudan sui-istifadə edərək bir çox məşhur ifaçıdan pul alaraq onlara sosial mediada bir sıra xidmətlər göstərəcəyi barədə yalan vədlər verib.

Fidan Quliyeva

Mübariz Mənsimovun heç bir zaman Sahil İmanov adlı media danışmanı olmayıb. Mübariz Mənsimovun media işlərini 10 ildən çoxdur ki, mən idarə edirəm. Mübariz Mənsimovun qanunsuz həbsindən sonra bu adamı tanımışam. Video bloger olduğunu bilirəm, amma nə şirkət, nə Mübariz Mənsimovun xanımı, nə də ailə ilə heç bir bağlantısı yoxdur. Müstəqil jurmalist kimi özünü təqdim edib. Dəyərli sənət adamlarımıza mürciət edərək bildirmək istəyirəm: Palmalinin nə ünvanı, nə də telefon nömrələri dəyişib. Rəsmi səhifələrimiz və nəhayət şirkətin rəsmiləri var. Kimsə sizi dolandırmağa cəhd edirsə, bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Xahiş edirəm, bələ hallarla qarşılaşsanız bilavasitə mənimlə əlaqə saxlayın. Ümumilikdə, sosial mediada Mübariz Mənsimovun adını etiketləyərək əlaqəsi olmayan xəbərlərə rast gəlirik. Xəbərdarlıq edirik ki, rəsmi olmayan xəbərlərdə nə Palmali Holdingin, nə də Mübariz Mənsimobun adı hallanmasın. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Sahil İmanov

Xatirə İslamın videosuna aşağıda baxa bilərsiniz.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]