Nə bizə əsas verir ki, 18 Oktyabr tarixi Azərbaycanda “Müstəqilliyin bərpası günü” kimi qeyd edilsin?” -Millət vəkili

28 May tarixinin “Müstəqillik günü”, 18 Oktyabrtarixinin isə “Müstəqilliyin bərpası günü” adlandırılması ilə bağlı Milli Məclisdə qanunlayihəsini müzakirə edərkən bir sıra mühümməqamlara nəzər yetirməli, bu dəyişikliyi zəruri edən əsaslandırılmış və obyektiv arqumentləridüzgün təqdim etməliyik. Bu çox böyük siyasi, tarixi və hüquqi əhəmiyyətli, vacib qanunlayihəsidir.

Qanun layihəsinin müzakirəsi zamanı iki sual meydana çıxır:

Birinci sual: – “Nə bizə əsas verir ki, 18 Oktyabr tarixi Azərbaycanda “Müstəqilliyin bərpası günü” kimi qeyd edilsin?” və Ikinci sual: – “Niyə 28 May “Respublika günü” yox, “Müstəqillik günü” kimi qeyd olunmalıdır?”

Birinci sualın cavabı həm hüquqi, həm də tarixi prizmadan kifayyət qədər əsaslandırılmış arqumentlərə söykənir:  

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” KONSTİTUSİYA AKTInın 2-ci Maddəsində göstərilir ki, Azərbaycan Respublikası 18 may 1918-ci il tarixindən 28 aprel 1920-ci il tarixinədək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.

1991-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı, himni və gerbi bərpa olundu. Yeni dövlət bayrağı, yeni himn, yeni gerb yaradılmadı, müstəqillik kimi, bütün atributlar sadəcə bərpa edildi. Göründüyü kimi, hər mənada 1991-ci il oktyabrın 18-də Azərbaycan tarixində baş vermiş hadisə 1920-ci ildə itirilmiş müstəqilliyin bərpa olunmasıdır.

Digər tərəfdən 18 Oktyabr tarixini 1991-ci ildə əldə olunmuş müstəqillik günü kimi qəbul edib, təqvimdə həmin tarixi “Müstəqillik günü” olaraqqeyd etməyi davam etsək, o zaman 20-ci əsrin əvvəlində elan edilmiş müstəqilliyi müasir Azərbaycan dovlətinə aid etməmiş olarıq. 

Hər kəs bütün bu hadisələrə həm tarixi, həm haqq-ədalət prizmasından düzgün yanaşmalıdır.Tarixi reallıq isə budur ki, 1918-ci ildə Azərbaycan Dövləti müstəqilliyini elan etdi, 1920-ci ildə  müstəqilliyə son qoyuldu, 1991-ci ildəAzərbaycan müstəqilliyini bərpa etdi. 

Düzdür, hamımızın yaxşı yadındadır ki, ötən əsrin 90-ci illərinin əvvələrində müstəqilliyimiziyenidən itirmək təhlükəsi mövcud idi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkədə yenidən ali hakimiyyətə gəlişi Azərbaycan xalqını növbəti dəfə müstəqilliyinin itirməsi təhlükəsindən xilas etdi. Əgər Ümumilli Lider müstəqilliyi qorudusa, Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş uğurlu daxili və xarici siyasət apardı və bü gün də bu istiqamətdə fəaliyyət göstərməkdədir.

Yəni Azərbaycan xalqının müstəqillik yolu onun bəyan etməsi, itirilməsi, bərpası, qorunması və möhkəmələndirilməsi mərhələlərindən ibarətdir. Və bu yol 18 oktyabr yox, 28 may tarixindən başlanmışdır. 18 oktyabr isə müstəqilliyin bərpası kimi tarixə yazılmışdır.

Ona görə də 18 Oktyabr tarixinin “Müstəqilliyin bərpası günü” kimi qəbul edilməsi tamamilə əsaslandırılmış, tarixi prizmadan ədalətli, hüquqi cəhətdən tam qanuni bir addımdır.

XXX

İkinci sual isə budur ki, “Niyə 28 May “Respublika günü” yox, “Müstəqillik günü” kimi qeyd olunmalıdır?” 

Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikası Dövlət Arxivində qorunur. Bəyannamənin mətni ilə tanış olduqda, elə ilk maddələr verilmiş suala cavab verir.

Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.

Yəni ilk növbədə dövlətimizin müstəqilliyini elan edirik, sonra onun idarəetmə formasını bəyan edirik.

Məlumdur ki, Respublika — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Azərbaycanın hər hansı bir vətəndaşından soruşsaq ki, Azərbaycan dövləti üçün nəyi seçərdiniz: “respublika olub, müstəqil olmamağı”, yoxsa “respublika olmayıb, müstəqqil olmağı”? Əminəm ki, hər kəs axırıncısını üzərində dayanardı. Tarixdə artıq Respublika olub, müstəqil olmadığımız dövr olub, o dövrün təqvimdə özünəməxhsus “Respulika günü” də var idi və bizi 70 il ərzində məcbür edirdilər ki, həmin günübayram kimi qeyd edək.

Əminəm ki, 28 May günün “Müstəqillik günü” kimi qeyd olunmasında tərəddüd edənlər çox yaxşı bilirlər ki, müstəqillik bütün digər anlayışlardan daha dəyərli, daha qiymətlidir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]