Hikmət Hacıyev beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə ÇAĞIRDI

“Mina problemi hələ də qalmaqdadır. Azad olunan ərazilərdə mülki şəxslərlə yanaşı, işçilər, hərbçilər də minaya düşür”.

Aktualtv.az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi mənfur siyasətin növbəti nümunəsidir:

“Eyni zamanda bu mənfur siyasəti başqa vasitələrlə həyata keçirməsidir. Bu ərazilərin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və məcburi köçkünlərimizin qayıdışı prosesinə mane olmaqdır. Həmçinin maksimum dərəcədə Azərbaycanda mülki və hərbi insanlar arasında ölüm hallarına nail olmaqdır. Minanın nə məqsədlə qoyulduğunu hər kəs yaxşı başa düşür. Mina insanların daşıdığı vəzifədən və statusundan asılı olmayaraq öz qurbanlarını gözləyir. Bu, bəzən də illər ərzində orada duraraq öz fəlakətli nəticəsini gözləyən dəhşətli faciədir. Təəssüflər olsun ki, Ermənistan tərəfindən də Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi həyata keçirilib. Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da bu məsələni qaldırıb. Bir daha beynəlxalq ictimaiyyətə müraciət etmək istəyirik ki, bu məsələdə məlumatlandırma artırılmalıdır. Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə də dəstək artırılmalıdır. Xüsusilə BMT və onun strukturları tərəfindən dəstəyin artırılmasına ehtiyac var”.

“Bu gün hər birimizi mina təhlükəsi gözləyir. Vətəndaşlarımızdan çox şey asılıdır. Vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə gedəndə diqqətli olmalıdır. Hər bir insan minanın potensial qurbanı ola bilər”, – Hikmət Hacıyev deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]