Gədəbəydə qızıl mədənində yanğın – 8 nəfər zəhərləndi

Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.

Hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib.

Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, 1994-cü ildə anadan olmuş Yusif Nuriyev və 1979-cu il təvəllüdlü Rafiq Məmmədov zəhərlənmə diaqnozu ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Amma vəziyyətləri barədə əlavə məlumat verilməyib.

Məlumata görə, ümumi sahəsi 2 100 kvadratmetr olan sexin, 180 kvadratmetr sahədə yanğın baş verib: “Yanğın nəticəsində mühərriklər, nasoslar və bir sıra avadanlıqlar, elektrik kabel və panelləri yanıb”.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə Hissəsin 2 yanğınsöndürən maşını və 12 nəfər canlı qüvvə cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətindən verilən məlumata görə, hadisə yerinə yaxınında olmuş 8 əməkdaş şirkətin daxili təhlükəsizlik qaydalarına uyğun olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yoxlanışa göndərilib.

“Həmçinin, yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunaraq qısa zamanda aradan qaldırılıb, – şirkətdən bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]