İstanbuldakı partlayışa görə daha bir nəfər saxlanıldı – FOTO

İstiqlal küçəsindəki partlayışı planlaşdıran Bilal Həsənin xaricə qaçmasına kömək edən və Bolqarıstanda məskunlaşan Hazni Gölge Türkiyə səlahiyyətlilərinə təhvil verilib.

Aktualtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hazni  Bolqarıstanın Svilenqrad bölgəsindəki “İmperial Palace” otelində qaldığı müəyyən edilib.

Yanvarın 7-də Təhlükəsizlik Baş İdarəsinin (EGM) İnterpol İdarəsi Bolqarıstan İnterpol bölməsindən onun yerini tapıb  və deportasiya etməyi xahiş edib.

Bolqarıstan İnterpol rəsmiləri ilə aparılan danışıqlar nəticəsində Türkiyəyə deportasiya edilən Gölge Ədirnə Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən Ədirnədə nəzarətə alınan şübhəlinin İstanbula gətirildiyi və sorğu-sualının burada aparılacağı bildirilib.

Xatırladaq ki, 13 noyabr 2022-ci ildə İstanbulun İstiqlal küçəsində baş verən terror aktında  6 nəfərin ölüb və 81 nəfər yaralanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]