ABŞ-dən Ukraynaya milyon dollarlıq yardım – Özəl

ABŞ Ukraynaya növbəti maddi dəstəyini göstərib.

Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken öz twitter hesabında məlumat verib:

“Bu gün biz Rusiyanın qış aylarında milyonlarla insanı işıqsız qoymağa hesablanmış hücumlarına qarşı Ukraynanın enerji və elektrik şəbəkəsini dəstəkləmək üçün əlavə 125 milyon dollar maliyyə ayırdıq. Bu hücumlar ukraynalıları daha da dözümlü olmağa vadar edib”.

Qeyd edək ki, yanvar ayının 8-də Amerikanın prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında ABŞ və müttəfiqlərinin Ukraynanın təhlükəsizlik tələbləri ilə bağlı gördüyü işlərin müzakirə edildiyi telefon danışığında Bayden Zelenskiyə ABŞ-ın Ukrayna hökumətinə 500 milyon dollar birbaşa büdcə yardımı etmək niyyətində olduğunu bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]