“İrəvan Gürcüstanda Bakı ilə danışıqlardan imtina edib” – İlham Əliyev

“Azərbaycan tərəfi Ermənistana Gürcüstanda iki ölkə liderlərinin görüşünü təşkil  etməyi təklif edib”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib. Onun sözlərinə görə, respublika tarixən qonşu dövlətlərin nümayəndələrinin görüş yeri kimi çıxış edib.

“Bizim təklifimiz liderlərin görüşünü Gürcüstanda təşkil etmək idi, çünki Gürcüstan tarixən bütün qonşuların görüşdüyü yer olub. Amma Ermənistan buna hazır deyil”, – İlham Əliyev qeyd edib.

Azərbaycan prezidentinin də bildirdiyi kimi, hazırda İrəvan Bakının sülh müqaviləsi təklifinə hələ də cavab verməyib . O, həmçinin əlavə edib ki, Ermənistan nümayəndələri Davosda keçiriləcək Dünya İqtisadi Forumuna getməmək qərarına gəliblər.

“Ermənistan çox sadə olacaq və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişinin imzalanması təklifimizə cavab verməyib. Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Yohannes Xan Ermənistanın burada olmamasına eyham vurdu. Bəs Ermənistan niyə burada deyil? Çünki Ermənistan Gürcüstanla üçtərəfli əməkdaşlıq formatına başlamaq təklifimizi rədd etdi”, – prezident vurğulayıb. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]