Consondan Ukraynaya sürpriz səfər: Ukrayna qalib gələnə qədər… – FOTOLAR -Özəl

Böyük Britaniyanın keçmiş baş naziri Conson Kiyevdə Ukrayna lideri Zelenski ilə görüşüb. Conson bildirib ki, müharibə nə qədər uzansa da, Britaniyanın dəstəyi Ukrayna qalib gələnə qədər davam edəcək.

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə qəfil səfər edən Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu qəbul edib.

Aktualtv.az xəbər verir ki, Zelenski öz Telegram hesabında Britaniyanın keçmiş baş naziri Consonla görüşdüyünü bildirib.

Consonun Ukraynanın dostu olduğunu vurğulayan Zelenski, “Ukraynanın əsl dostu Boris Consona “Kiyevə xoş gəlmisiniz” deyirəm. Boris, dəstəyinizə görə təşəkkür edirəm” deyib.

Sosial şəbəkələrdə Consonun Kiyev bölgəsinə bağlı olan və müharibənin izlərini daşıyan Borodyanka şəhərinə səfər etdiyi bildirilib.

“MÜHARİBƏ NƏ QƏDƏR DAVAM ETMƏSƏ, Ukraynaya DƏSTƏK DAVAM EDƏCƏK”.

Böyük Britaniyanın keçmiş baş naziri Zelenskiyə deyib ki, Britaniya “Ukrayna ilə müharibə nə qədər davam etməsindən asılı olmayaraq” Vladimir Putini məğlub etməkdə Ukraynanı dəstəkləyəcək.

Etibar Məmmədov /aktualtv.az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]