Qadın ölümü, yoxsa qadın hüquqlarının müdafiəsi?- Molla rejimi konqres keçirdi-Özəl

Xəbər verdiyimiz kimi dünən İranın paytaxtı Tehran şəhərində “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi” keçirilib.

Bu barədə Aktualtv.az-a danışan politoloq Cümşüd Nuriyev bunları deyib:
“İran özünü yenidən İslam dünyasının lideri etmək eşqinə düşüb. Amma özündə ədalət olmayan bir dövlətin belə bir missiyanı həyata keçirməsi alınmayacaq. Qadınlara heç bir hüquq verməyən bir dövlətin belə bir missiyanı öz üzərinə götürməsi gülünc lətifədir.

“Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi”-nin qadınların problemi ilə məşğul olması, üstəlik bu məsuliyyəti öz üzərinə götürməsi mənim həkim olmağım kimi bir şeydir.”

Politoloq onu da əlavə edib ki, konqresdə Ermənistan tərəfdən Baş nazirin xanımı, Azərbaycan tərəfindən isə Ailə Qadın Uşaq problemləri komitəsinin sədri Bahar Muradova iştirak edib.

Politoloqun sözlərinə görə, “bozbaş mollası” səviyyəsində idarə olunan bir ölkə əslində “İslam şəriəti” adı altında dövlət idarə edir. Bu ad sanki “ağ şalvara vurulmuş qara yamaqdır”. İranın vurduğu bu qara yamaq həm də onun idarəetmədə nə qədər zəif olduğunun göstəricisidir. Bu cür dövlətin elə Anna Akopyan kimi qadın hüquqlarını qoruyan adamı olar.

Büllur Məmmədova /aktualtv.az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]