“Rusiyaya zərbə endirmək üçün Kiyevə silah verilməsinin cavabı daha ağır olacaq”-Volodin-Özəl

ABŞ və NATO-nun Rusiya Federasiyasına zərbələr endirmək üçün Ukraynaya silah tədarükü etməsi, Rusiyanın daha güclü silahlardan istifadə etməklə cavab verməyinə səbəb olacaq.

Aktualtv.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

“Kiyev rejiminə hücum silahlarının tədarükü qlobal fəlakətə gətirib çıxaracaq. Əgər Vaşinqton və NATO ölkələri mülki şəhərlərə zərbələr endirmək üçün istifadə olunacaq silahları tədarük etsələr və təhdid etdikləri kimi bizim ərazilərimizi ələ keçirməyə cəhd edərlərsə, bu, daha güclü silahlardan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq.” – deyə, Volodin Telegram kanalında yazıb.

Volodinin sözlərinə görə, digər ölkələrin “nüvə gücləri əvvəllər yerli münaqişələrdə kütləvi qırğın silahlarından istifadə etməyib” arqumentləri əsassızdır. Çünki bu dövlətlər öz vətəndaşlarının təhlükəsizliyinə və ölkənin ərazi bütövlüyünə təhdid yaradan vəziyyətlə üzləşməyiblər.

Dumanın sədri vurğulayıb ki, ABŞ Konqresinin üzvləri, Bundestaqın, Fransa Milli Assambleyasının deputatları və digər Avropa parlamentlərinin üzvləri bəşəriyyət qarşısında öz məsuliyyətlərini dərk etməlidirlər:

“Rəsmi Vaşinqton və Brüssel öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürükləyir: Kiyev rejiminin istifadə etdiyi hərbi infrastruktura zərbələr endirən silahlar, çox fərqli döyüş əməliyyatlarına səbəb ola bilər. Bu cür qərarlar qəbul edən xarici siyasətçilər başa düşməlidirlər ki, bu, qlobal miqyasda onların ölkələrini məhv edəcək faciə ilə nəticələnə bilər”

Etibar Məmmədov /aktualtv.az/

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]