“Mən bir din xadimi kimi bütün dövlətlərlə münasibətimizin yaxşı olmasını istəyirəm. Eyni zamanda da, İranla”.
Bu fikirləri Tehranla İranın qardaşlaşması məsələsinə münasibətdə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Aktualtv.az-a açıqlamasında politoloq Ramiz Alıyev bu məsələni belə şərh edib:
“Qafqaz şeyxinin, Azərbaycanın səlahiyətli şəxlərinin, din xadimlərinin İslam dininə məsub olan digər liderlərin də səsləndirdiyi kimi, İranın Ermənistanla qardaş ölkə olmalarını bəyan etməsi Azərbaycana qarşı xəyanətdir”.
Politoloq bildirib ki, bizim illər boyu, əsrlər boyu İranla qonşuluq münasibətimiz var:
“Bilirsiniz ki, İranda 40 milyona yaxın Azərbaycanlı soydaşımız var və o soydaşlarımız İran əhalisinin böyük bir hissəsini təşkil edir. Ona görə də, İran bu məsələni düşünməli idi. Mən hesab edirəm ki, İranın indiki hakimiyyəti bu məqamları düşünmür və hesablamır. Çünki hazırda İranda bizim soydaşlarımız, tarixi torpaqlarımız var və onlar İranın Ermənistanla qardaşlıq münasibəti bəsləyib Azərbaycana hədə-qorxu gəlməsini və Azərbaycana qarşı müəyyən bəyanatların verilməsinə göz yuma bilməzlər”.
Ramiz Alıyev qeyd edib ki, İranın səlahiyyətli şəxsləri vaxtında tədbirli, düşünülmüş addımlar atmalı və öz bəyamatlarına, çıxışlarına diqqət etməlidirlər:
“Çünki İran Ermənistanla nə qədər birləşsə də,bilirsiniz ki, Ermənistan adlı dövlət üçün dəyər yox, maraqlar vardır. Onlar üçün bu gün İran maraqlıdır, bu gün İranla münasibət var, sabah Rusiya ilə, o biri gün Avropa və digər ölkələrlə münasibəti olacaqdır. Ona görə də, mən hesab edirəm ki, İran liderləri daha dərindən düşünməli, bu cür bəyanatları səsləndirməməli, Azərbaycana qarşı kəskin mövqe sərgiləməməlidirlər. İran başa düşməlidir ki, orada yaşayan Azərbaycanlılar hər an öz soydaşlarının yanındadır! Orada bizim tarixi torpaqlarımız var və orada yaşayan soydaşlarımız Şimali Azərbaycanda yaşayan qardaşlarını unutmurlar və bizim haqlı davamızda bizim yanımızdadırlar. Mən hesab edirəm ki, Şeyxin bu cür bəyanatları davam etməlidir və daha da kəskin bir şəkildə olmalıdır. Çünki İran dövləti bu problemlərin necə yekunlaşacağını bilmir, amma həqiqətən də bu bir neçə ildən sonra öz fəsadlarını göstərməyə başlayacaq. Artıq bilirsiniz ki, İranda ixtişaşlar davam edir, əhali İran rejiminə qarşı kəskin mübarizə aparır, etiraz edir. Yəqin ki, belə davam etsə, yaxın günlərdə İranda yaşayan soydaşlarımız daha da kəskin mübarizə aparacaqlar. İranın Ermənistanla yaxınlaşmasına etrizlarını bildirəcəklər və onda İran dövləti üçün çox çətin günlər yaranacaqdır”.
Etibar Məmmədov /aktualtv.az/