2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan qlobal “taxıl böhranı”nın həllində Türkiyənin diplomatik uğurları təqdir olunmağa davam edir.
Aktualtv.az xəbər verir ki, Almaniyada keçirilən Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Forumuna videokonfrans vasitəsilə mesaj göndərən Ukrayna Prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanı Taxıl Dəhlizi Sazişindəki roluna görə yüksək qiymətləndirib.
Rusiyanın Qara dənizdəki Ukrayna limanlarını bağladığını, lakin tədarükləri bərpa etmək üçün diplomatik yol tapdıqlarını ifadə edən Zelenski, “BMT-nin baş katibi Quterreşə və Türkiyə lideri Ərdoğana danışıqlarda vaxtında və effektiv iştiraklarına görə təşəkkürümü bildirmək istəyirəm”.
Səbinə Kərimova /aktualtv.az/