Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb.
Aktualtv.az xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb. Bununla belə, İraq neftini Ceyhana nəql edən Kərkük-Ceyhan və Azərbaycan neftini Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə ziyan dəyməyib.
Həmçinin qeyd edilir ki, hazırda bu məsələ ilə bağlı təcili toplantı keçirilir. Qeyd edək ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.
Səbinə Kərimova /aktualtv.az