Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin ayı 8574 nəfərə çatıb.
Aktualtv.az xəbər verir ki, Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 49 min nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Qeyd edək ki, Türkiyədə zəlzələ bölgəsində 79 min 110 nəfərlik heyət çalışır. Həmçinin 5 min 309 nəfər əcnəbi axtarış-xilasetmə əməliyyatına cəlb olunub.
Səbinə Kərimova /aktualtv.az