Anadolu agentliyi Türkiyədəki zəlzələdən yazıb.
Bildirilir ki, fevralın 6-da baş vermiş təbii fəlakət ən azı 41 156 nəfərin ölümünə səbəb olub. Kahramanmaraşdan 10 əyalətə yayılan zəlzələ 13 milyondan çox insanın zərər çəkməsinə səbəb olub. AFAD-ın bəyanatında deyilir ki, zəlzələlərdən sonra 6 210-dan çox yeraltı təkan qeydə alınıb. Hazırda ərazidə 19 436 yerli və beynəlxalq axtarış-xilasetmə işçisi çalışır. İnsanlar üçün 216 166 çadır qurulub.
AFAD rəhbəri Yunus Sezer bildirib ki, Kahramanmaraş və Hatay vilayətləri istisna olmaqla, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri tamamlanıb. O, 40-a yaxın binada axtarış-xilasetmə işlərinin davam etdiyini, 6 mindən çox konteynerin qurulduğunu qeyd edib.
Qeyd edək ki, indiyədək 460 min 900-dən çox insan təxliyə edilib. 800 minə yaxın vətəndaşa isə 10 min türk lirəsi nağd yardım ödənilib.
Səbinə Kərimova / aktualtv.az